01.02.2026, 19:16
AZ EN
01.02.2026, 09:00 122

KİV: "Fransada polislərin aksiyasında 45 mindən çox insan iştirak edib"

XƏBƏRLƏR
  • Fransada polis və jandarm əməkdaşlarının ədalətsiz iş şəraitinə və artan cinayətkarlıq səviyyəsinə etiraz olaraq ölkə miqyasında keçirdiyi nümayişdə 45 000-dən çox insan iştirak edib.

Bu barədə "Le Figaro" qəzeti "Alliance" polis həmkarlar ittifaqına istinadən xəbər yayıb.

Xüsusən Parisdə təxminən 20 000 insan küçələrə çıxıb. Lion və Marseldə təxminən 5 000 nəfər iştirak edib. Lill və Nitsa şəhərlərində 1 000-dən çox, Nim və Qrenoblun isə hər birində 1 000 nəfər toplaşıb.

"Biz kritik nöqtəyə çatdıq. Bizim polislərimiz artıq dözə bilmirlər; onlar sürətlə artan cinayətkarlıq qarşısında çarəsiz və acizdirlər", - qəzet "Ayağa qalx, Fransa" Partiyasının lideri Nikolas Düpon-Enyanın sözlərini sitat gətirir.

Onun sözlərinə görə, Fransada ədliyyə sistemi səmərəsizdir və cinayətkarlar daim azadlığa çıxırlar. "Polislər əlindən gələni edir, amma eyni şəxsi əlli dəfə saxlamağa məcburdurlar", - Dupon-Enyan deyib.

"France Info" radiostansiyasının məlumatına görə, Fransanın daxili işlər naziri Loran Nunyes etiraz edən polis əməkdaşlarını dəstəkləsə də, nümayişdə iştirakdan imtina edib. Bu qərar "Alyans" həmkarlar ittifaqı və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narazılıqla qarşılanıb və onlar bunu "ciddi səhv" hesab ediblər. (Report)

Oxşar xəbərlər