Bu fikirləri AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala YAP Sədrinin müavini Tahir Budaqovun rəhbərlik etdiyi heyətin Türkiyəyə səfərinin əhəmiyyətini şərh edərkən bildirib.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ümummilli lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət!” anlayışı ilə inkişaf etdiyini, o cümlədən Qarabağ Zəfərinin bütün dünyada diqqətlə izlənildiyini, haqlı mübarizəsində Türkiyənin göstərdiyi qardaş dəstəyini, bundan sonra da birlikdə olmaqda davam edəcəyimizi xatırladan AK Partinin aparıcı funksionerlərində olan Efkan Ala YAP ilə AK Parti arasındakı əməkdaşlıq əlaqələrinin tarixi əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, Ankarada keçirdikləri görüşdə iki qardaş ölkənin aparıcı siyasi partiyaları arasının qarşılıqlı faydalı münasibətləri daha da irəli aparmağın yolları müzakirə olunub. (AZƏRTAC)