21.11.2024, 21:22
AZ EN
25.09.2024, 09:54 243

Nazir: "İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin qorunması prioritetdir"

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet təşkil edir.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "Avropa və Mərkəzi Asiya ölkələrinin aqro - ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi" mövzusunda regional iqlim konfransında bildirib.

"Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bu il Azərbaycan ev sahibliyi edəcək. Bu tədbirin Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq. Bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində kənd təsərrüfatının davamlı inkişafı, həm yerli, həm də qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayacaq. Bu təşəbbüsün əsas məqsədlərindən biri olan - kənd icmalarını gücləndirmək və onları iqlim dəyişikliyinə qarşı daha davamlı etmək üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eləcə də digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməliyik", - deyə o qeyd edib.

"Kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinin sadəcə regional deyil, həm də qlobal təsirinin olduğunu nəzərə alsaq, beynəlxalq əməkdaşlıq bizim üçün olduqca əhəmiyyətlidir. Bu gün burada toplaşan hər kəs iqlim dəyişikliyi ilə mübarizədə birlikdə çalışmanın vacibliyini vurğulamalıdır. Birlikdə qətiyyətli addımlar ataraq, gələcək nəsillər üçün sağlam və təhlükəsiz bir dünya qurmaq bizim vəzifəmizdir. Tərəfdaşlıq edərək biz gələcək nəsillər üçün sağlam, təhlükəsiz və dayanıqlı bir dünya yaratmaq üçün böyük məsuliyyət daşıyırıq. Bu gün toplaşdığımız bu platformada hər bir iştirakçının rolu böyükdür və birgə addımlar ataraq, bu vacib məqsədlərə nail ola biləcəyimizə inanıram", - deyə nazir əlavə edib.

"Qlobal iqtisadiyyatda aqrar sahənin inkişafına təsir edən başlıca amillərdən biri də məhz iqlim dəyişikliyidir. Torpaq və su resurslarının məhdud olduğu ölkəmiz də iqlim dəyişkliklərinin mənfi təsirinə ən çox məruz qalan ölkələrdəndir. Bu səbəbdən Prezident İlham Əliyev sosial-iqtisadi inkişafa dair baxış və strategiyanı müəyyən edərkən “yaşıl artım”ı milli prioritetlərdən biri kimi qəbul edib. Bu baxımdan 2024-cü il dövlət başçısının müvafiq sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncama əsasən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, torpaq və su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır", - deyə M.Məmmədov əlavə edib. (Report)

Oxşar xəbərlər