22.11.2024, 08:44
AZ EN
03.10.2022, 16:25 149

Azərbaycanşünas erməni qadın sülh danışıqlarının dayandırılmasını istəyir

YAZILAR

Sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhəddində baş vermiş növbəti erməni təxribatından sonra Azərbaycan ordusunun bir sıra strateji yüksəklikləri ələ keçirməsi və bununla Ermənistanın xeyli ərazisini nəzarət altında saxlaması erməni siyasətçilərinin yenə də ənənəvi hay-küyçülüyünə və göz yaşlarına səbəb olub. Hökumətdən Azərbaycanla danışıqların dayandırılmasını və ordunun döyüş qabiliyyətinin artırılaraq hücuma keçməsini arzulayan belə siyasətçilərdən biri də Azərbaycanşünas Armine Adibekyandır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Arorat Mirzoyanın görüşündə əldə olunmuş razılığın əleyhdarı olan A.Adibekyan «Lurer.com» informasiya agentliyinə verdiyi müsahibədə hər iki nazirin ünvanına tənqidi fikirlər səsləndirib və deyib ki, indiki şəraitdə Azərbaycanla heç bir danışığa gedilməməlidir. Azərbaycan əsgərlərinin guya əsir düşmüş ermənini öldürməsi isə bu qadının qəzəbini daha da artırıb və «Azərbaycan genosidi davam etdirir», - deyə ermənilərin onlarla danışıq aparmasının heç bir nəticə verməyəcəyi qənaətinə gəldiyini diletantcasına bildirir. Onun sözlərindən birbaşa müharibə qoxusu gəlir. Qarabağın erməni icmasının vətəndaşı olduğu Azərbaycanla hər hansı ünsiyyət qurmasını isə ermənilərə, erməni tarixinə düşmən mövqe olduğunu dəfələrlə bildirən A.Adibekyan beynəlxalq təşkilatlara müraciətlərin sayının durmadan artırılmasını tövsiyyə edir. Separatçı rejimin başçılarından olan David Babayan da məhz onun dediklərini təsdiqləyir və öz feysbuk səhifəsində oktyabrın 3-də etdiyi paylaşımda həyasızcasına bildirir ki, «arsax» ermənilərin təkcə hərbi qalxanı deyil, o həm də mənəvi dəyərlər qalxanıdır. Ona görə bu qalxan heç kəsə etibar edilə bilməz. Ümumiyyətlə, oktyabr ayı ermənilərin üçün yeni yalanlar, böhtanlar və sülh danışıqlarından boyun qaçırmağa cəhd kimi reallıqdan uzaq, siyasi fəsadlara gətirib çıxaracaq bəyanatlarla başlayıb.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR