28.03.2024, 20:13
AZ EN
17.10.2022, 11:20 64

Erməni prezidenti Bolqarıstandadır

YAZILAR

Ermənistan prezidenti Vahaqn Xaçatryan oktyabrın 17-də Bolqarıstana rəsmi səfərə gedib. O, Bolqarıstan prezidenti Bomen Radni ilə təkbətək görüşüb.  Sonra geniş tərkibdə müzakirələr aparılıb. “Lurer.com” xəbər verir ki, Ermənistan prezidenti Bolqarıstanın baş naziri Qalab Radevlə, Sofiyanın meri və Bolqarıstandakı erməni icması ilə də  görüşəcəkdir. Agentlik prezidentin səfəri ilə bağlı məlumata əlavə olaraq bildirib ki, Bolqarıstanın paytaxtı Sofyada keçirilən “Avropa gözəli 2022” yarışmasında Ermənistanı təmsil edən Vera Safaryan ikinci yerə çıxıb.  Bu yarışda iştirak etməyin əsas şərti qadının evli və ana olması olduğunu xatırladan agentlik bildirir ki, Vera da evlidir və bir uşağı var. O, Qarabağın Hadrut qəsəbəsində anadan olub, atası Birinci Qarabağ müharibəsində ölüb və qızının üzünü görməyib. 44 günlük müharibədə snayper kimi iştirak edən Vera Safaryanın ikinci yerə çıxması ermənilərin böyük sevincinə səbəb olub.

N.QARAMANLI

Oxşar xəbərlər