29.03.2024, 10:29
AZ EN
24.01.2023, 12:40 267

Müdafiə naziri talançılıqla məşğuldur

YAZILAR

"Hraparak"ın yanvarın 24-də yaydığı xəbərlər sırasında müdafiə naziri Suren Papikyanın dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəməsi ilə bağlı diqqəti cəlb edən faktlar vardır. Göstərilir ki, Feysbuk və digər sosial şəbəkələrdə onun villalarının şəkilləri yayılsa da nazirliyin mətbuat xidməti bunun həqiqətə uyğun olmadığını bildirib. Agentliyin məlumatına görə isə həmin səkillər, doğrudan da, nazirin villalarının şəklidir və orada işləyən, amma zəhmət haqqı tam ödənilməyən muzdlu fəhlələr tərəfindən çəkilərək paylaşılıb.

Parlamentdə orduda baş verən hadisələr haqqında məlumat verməkdən boyun qaçıran nazirin yalnız öz şəxsi maraqları ilə məşğul olduğunu vurğulayan müəllif onun yaxın vaxtlarda istintaq komitəsində sorğulanacağını da istisna etmir.

Nəsib

Oxşar xəbərlər