08.09.2024, 05:51
AZ EN
08.07.2024, 09:44 243

"Bayraq qaldıracağımız və otel bərpa edəcəyimiz tarixi ərazilərimizin miqyasını bir qədər də genişləndirə bilərik"

YAZILAR
  • "Hindistanın Ermənistana uzaqmənzilli "Pralay" ballistik satması barədə məlumatlar təsdiqlənərsə, bu sərhədləri dəqiq məlum olmayan Ermənistanın növbəti dəfə Azərbaycan tərəfindən daha sərt cəzalandırılmasına səbəb ola bilər".

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev özünün şəxsi sosial şəbəkə hesabında ifadə edib.

O, qeyd edib ki, kimsəyə sirr deyil ki, Ermənistan hücum silahlarını hansı məqsədlə alır: "Odur ki, Azərbaycan 30 illik işğal tarixinə malik Ermənistanın dizi üstdən qalxmasını və yenidən ağır hücum silahları əldə etməsini kənardan izləməyəcək, zəruri olan perventiv tədbirləri zamanında, həm də tam həcmdə yerinə yetirəcək. Bu tədbirlərə sərhədlərin təyin edilməsinin Azərbaycan tərəfindən təkbaşına həyata keçirilməsi də daxildir. Odur ki, Ermənistan daşıya bilməyəcəyi yükün altına girməsin, əks halda sərhəddə Şahin Mustafayevi general Hikmət Mirzəyev rahatlıqla əvəz edə bilər".

Hərbi ekspert daha sonra əlavə edib ki, Ermənistanın ABŞ ilə birgə hərbi təlimləri isə BaqrAtın şousu qədər effektiv ola biləcək addımdır: "Cılız və kasıb Ermənistan darmadağın və fərari ordu ilə bu gün dünyanın heç bir ölkəsinə hərbi müttəfiq kimi maraqlı deyil. Erməni ordusu bu gün erməni xalqının gülüş hədəfidir.

Əzilmiş Ermənistan ilə ABŞ-ın imkanları arasında mövcud olan dərin fərq, İrəvanın yalnız Vaşinqton üçün "5-10 qəpik üçün orbitdə fırlanan region əhəmiyyətli dilənci- katalizator" rolunu ifa etməyə yararlı olduğunu göstərir. Ermənistan Sasanilərdən bu günə qədər eyni rolu ifa edib, indi sadəcə "sagmal müttəfiq" dəyişir:

"Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev, onun rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz və "Dəmir Yumruq" isə heç dəyişməyib. Əksinə ən azı iki dəfə güclənib.

Qalıb Azərbaycanı əsəbləşdirməyin, ağıllı olun, əks halda Bayrağı qaldıracağımız və otel bərpa edəcəyimiz tarixi ərazilərimizin miqyasını bir qədər də genişləndirə bilərik",- deyə Ə.Verdiyev vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər