19.04.2024, 15:28
AZ EN
17.06.2022, 08:30 231

Əqidə dostları yenə görüşdülər

YAZILAR
  • İyunun 14-16-da İranda işgüzar səfərdə olan Ermənistan Parlamentinin sədri Alen Simonyan ayın 16-da İranın xarici işlər naziri ilə görüşüb.

Bu barədə xəbər verən Ermənistan parlamentinin mətbuat xidməti əlavə edib ki, A.Simonyan dost və strateji tərəfdaş olan İranla münasibətlərin həmişə böyük önəm daşıdığını, İran İslam Respublikasının hər bir sahədə Ermənistanı dəstəklədiyini, vacib və etibarlı dost olduğunu vurğulayıb. İkitərəfli görüşdə «arsax məsələsi» də gündəmdə olub, Azərbaycanla-Türkiyənin əleyhinə həqiqətdən uzaq ifadələr səsləndirilib. Tərəflər Zəngəzur vilayəti ilə bağlı mövqelərini də açıqlayıblar. Vurğulanıb ki, Zəngəzurun Qafan şəhərində İranın, Təbrizdə isə Ermənistanın baş konsulluğu açılacaq, əgər lazım gələrsə, İran Zəngəzur vilayətini bir neçə on illiyə icarəyə götürəcəkdir.

Erməni mətbuatına istinadən xatırladaq ki, hazırda İranda 150 min erməni yaşayır. Onların öz dillərində orta və ali təhsil müəssisələri, teatrları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Hər il isə İrəvanda Göy məsciddən start götürən Aşura mərasimi İranın Ermənistandakı səfirliyinin binası önündə tamamlanır və bu həm İran, həm də Ermənistan televiziya kanalları ilə birbaşa yayımlanır. İranşünas alim Vartan Voskanyan isə həmin mərasimin aparıcısı olmaqla fars və erməni dillərində Azərbaycanın, Türkiyənin, İsrailin ünvanına aşağılayıcı şüarlar səsləndirdikcə İrandan gələnlər xorla «amin» deyirlər. 

Nəsib QARAMANLI

Oxşar xəbərlər