"Hraparak"ın yenicə yaydığı xəbərdə deyilir ki, A.Simonyan və Türkiyə Böyük Millət Məclisinin sədri bu gün saat 17-də görüşəcəklər. Daha sonra isə A.Simonyan yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirəcək.
Agentlik əlavə edib ki, artıq jurnalistlərə sözügedən məsələ ilə bağlı məlumat verilib. Daha sonra isə erməni xislətinin yeni bir nümunəsi ortaya çıxır. Belə ki, həmin agentlik iddia edir ki, türklər Alen Simonyanın mətbuat konfransı keçirməsini istəmirlər. Gülməlidir, deyilmi?
N.Qaramanlı