"Mən hesab edirəm ki, Ermənistan-Rusiya arasında nə qədər gərginlik, fikir müxtəlifliyi olsa da, heç vaxt Ermənistana Qafqazda sonuncu forpostu kimi baxdığı üçün Rusiya tamamilə Ermənistanın qırılıb Qərbə doğru getməsinə imkan verməyəcək, verməz də".
Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev Yenitv-yə açıqlamasında deyib.
Deputatın sözlərinə görə, nə qədər paradoksal səslənsə də, Ermənistan fikirləşir ki, forpost rolunu oynayırsa, elə bu, Rusiyadan gələcəkdə hansısa bir şəkildə istifadə edilərək Türkiyəyə, Azərbaycana, regional və Avropa səviyyəsində götürsək, yəni həmişə Ermənistanda da, Ermənistan hakimiyyətində belə bir fikir var ki, Rusiya ilə münasibətləri tam qırmamaq, lazım gələndə Rusiya üzərindən oyunları qurmaq: "Ancaq hansı istiqamətdən yanaşırıqsa yanaşaq, hesab edirəm ki, Rusiya-Ermənistan münasibətlərində biz nəzarəti diqqətdə saxlayırıq və izləyirik. Ermənistanın gələcəkdə Rusiya üzərindən Azərbaycan və Türkiyəyə qarşı keçmişdə olduğu kimi, oyun qurması və yaxud da ki, Rusiyanın Ermənistan üzərindən hansısa təzyiq rıcaqları kimi istifadə etməsi dövrü artıq başa çatmışdır. Artıq Qafqazda yeni reallıqların olmasını görürük. Artıq Türkiyə faktoru güclü faktordur. Azərbaycanın özü güclü faktordur. Ona görə də Rusiya-Ermənistan münasibətləri ikili müstəvidə yalnız qarşılıqlı bir-birilərinə aid olan məsələləri həll etməlidir. Əgər Rusiya-Ermənistan münasibətlərində başqa dövlətlərə, başqa məsələlərə qarşı hansısa müdaxilələr olarsa, onun dərhal cavabı veriləcək. Artıq Rusiya da bunu anlayır. Rusiya artıq NATO ilə, Qərblə böyük müharibə şəraitindədir bu gün. Ona görə də Rusiya da yersiz şəkildə Ermənistanın hiyləgər siyasətinə, tələsinə düşüb Türkiyə ilə, Azərbaycanla münasibətləri ümid edirik ki, yenidən gərginləşdirməz. Çünki iki yüz il ərzində Rusiyanın, Ermənistan üzərindən çar Rusiyasından söhbət gedir və SSRİ dövründə qurduğu oyun iflasa uğradı. Yəni bu fiaskodu. Ermənistan elə bir rekurs, elə bir strateji dəyərlərə malik deyil ki, Ermənistan üzərindən oyun qurub Türkiyə və Azərbaycan kimi önəmli ölkələrlə münasibətləri pozasan".
Millət vəkili daha sonra əlavə edib ki, Rusiya daha paraqmatik olmalıdır bu məsələlərdə. Cənubi Qafqazda söz sahibi Azərbaycandır birmənalı və Böyük Avrasiya məkanında yeni güc mərkəzi var: "Bu, Azərbaycan, Türkiyə və Pakistan. Bununla barışmaq və öz siyasi reallıqlarını buna uyğunlaşdırmaq Rusiya kimi, İran kimi, Avropa İttifaqı olsun, ABŞ olsun, hamıya bu baxımdan yanaşılmalıdır".
Tahirə AĞAMİRZƏ