- “Lurer.com” bugünkü xəbərləri sırasında İrəvanda ağırlıq qaldırılma üzrə beynəlxalq yarışların açılışında bayrağımızı yandıran erməninin baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanla dostluq münasibətləri barədə maraqlı faktlar açıqlayıb. Agentlik öz arxivindəki bu şəkli yenidən yayaraq bildirib ki, A.Hakopyan geyimlərini 2019-cu ildən bəri stilist Aram Nikolyana məxsus “Nikolyan” brendli mağazadan alır. Onların arasında dostluğunun tarixi isə gənclik illərində başlayıb.
Xəbər agentliyi bəzi adamların onların indi də alver etdiklərini söylədiklərini xatırladaraq həmin vəhşilik aktını törədənin heç bir cəza almayacağını da vurğulayaraq bəzi ermənilərin bu vəhşiliyi hətta “qəhrəmanlıq” kimi qəbul etdiyini də açıqlayıb.
“Məzlum” xalqın bu vəhşiliyinə isə beynəlxalq təşkilatlar hələ də susur.
Nəsib