22.11.2024, 10:13
AZ EN
17.04.2024, 17:04 192

Vaşinqtonun İrəvana hərbi yardım cəhdləri Cənubi Qafqazda sülhə təhdid yaradır

YAZILAR
  • Hazırkı mərhələdə Amerika Birləşmiş Ştatları ilkin olaraq relyef şəraiti olan yerlərdə istifadə etmək üçün hərbi təcili tibbi yardım maşınları göndərməyi planlaşdırır. Düzdür, ABŞ Ermənistana hərbi yardım göstərən ilk Qərb  dövləti deyil. Fransanın Basion zirerli maşınları Ermənistana göndərməsi hətta bu azmış kimi Hindistan vasitəsilə də müxtəlif növ silahların  Ermənistana çatdırılması buna bariz nümunədir. Belə sual olunur ki, Amerika Birləşmiş Ştatlarının Ermənistana silah yardımları göndərməkdə əsas məqsədi nədən ibarətdir? Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bir neçə gündür Amerika Birləşmiş Ştatlarının Ermənistana zirehli təcili tibbi yardım maşınlarının göndərilməsi məsələsi gündəmin əsas mövzusuna çevrilib. Birləşmiş Ştatların Ermənistandakı səfiri Kristina Kvin Brüssel sammitindən sonra belə açıqlama ilə çıxış etməsi 5 aprel görüşündə müzakirə edilən mövzularla bağlı bəzi suallar yaradıb. Kristina Kvin həmçinin Vaşinqtonla İrəvan arasında təhlükəsizliyi və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini açıqlayıb. Ekseprtlər isə Ermənistanın bu dəstəklərdən ruhlanaraq Azərbaycana qarşı növbəti təxribat həyata keçirə biləcəyini düşünürlər. Bu, Azərbaycan dövləti və ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır.

Hərbi ekspert Ədalət Verdiyev  məsələ ilə bağlı “Arb24”ə veridiyi açıqlamasında qeyd edib ki, ehtimal edirəm ki, verilən maşınlar ABŞ-ın “Oskort” şirkəti tərəfindən istehsal olunan “EL-ATVE AMBULANS” tipli vasitələr olacaq: “Bu maşınların Ermənistana verilməsi birmənalı şəkildə işğalçının dəstəklənməsi anlamına gəlir.  Ekspert bildirib ki,  kimsə bizə  zəmanət verə bilməz ki,  Ermənistan bu maşınları gələcəkdə Azərbaycana qarşı əməliyyatlarda döyüş vasitəsi kimi istifadə etməyəcək və yaxud da bu maşınların döyüş versiyası da Ermənistana olduğu kimi çatdırılmayacaq”.

Bütün bunlar onu deməyə əsas verir ki, Brüssel görüşü zamanı pərdə arxasında dəstək məsələləri də müzakirə olunub. Baxmayaraq ki, görüşdən öncə Amerika Birləşmiş Ştatlarının dövlət katibinin, həm də Avropa komissiyasının prezidentinin ölkə başçısı cənab İlham Əliyevlə telefon danışığı zamanı Ermənistana iqtisadi dəstəyin gündəmdə olduğunu birmənalı bəyan etmişdilər. Bu gün Ermənistana hərbi yardım edilməsi isə verilən vədlərə xilaf çıxıldığını göstərir.

Politoloq Amid Əliyev açıqlamasında vurğulayıb ki, Qərbin ikili standartlarla yanaşması, xüsusilə Azərbaycana yanaşması davam edir: “Amerika Birləşmiş Ştatları tərəfindən Ermənistana hər hansısa bir silah ambisiyalarının göndərilməsi son nəticədə Ermənistan-Azərbaycan sülh prosesinin imzalanmasında Ermənistan üçün əlavə manevrlər etmək imkanı yaradacaq. Eyni zamanda sülh prosesinin imzalanmasına neqativ amillər yarada bilər. Biz çox gözəl bilirik ki, həm Fransanın silahlı yardımları fonunda Azərbaycan heç bir zaman öz prinsipial mövqeyindən geri çəkilmədi, sülh sazişinə sadiq qaldı. İndi ABŞ tərəfindən Ermənistana silah dəstəyi göstərildiyi halda yenə də Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək”.

Ekspertlərin sözlərinə görə, hərbi yardımlar göstərilməsi Azərbaycanla şərti sərhəddə Ermənistanın təxribatlarına hesablanıb. Öz siyasi ambisiyalarını məhz Ermənistan üzərindən həyata keçirməyə çalışan qüvvələr İrəvanın Kremldən asılılığını azaltmağ və ümumiyyətlə, regionda Rusiyanın mövqeyini zəiflətməyə çalışırlar. Bu isə öz növbəsində Cənubi Qafqazda sülhə təhdid yaradır.
Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR