22.11.2024, 01:30
AZ EN
10.05.2023, 10:49 232

Erməni mətbuatı uydurmalarını davam etdirir

YAZILAR
  • Saxtakarlıq, yaltaqlıq, yalan və böhtan obyekti olan erməni mətbuatında 9 May Qələbə günü ilə bağlı paylaşılan xəbərlər də bir daha sübut edir ki, ermənilər həqiqəti dərk etməmək prinsipindən əl çəkmək niyyətində deyillər. Yaydıqları yalanlar isə öz başlarına yeni bəlalar gətirməkdədir. "Hraparak" bu günkü sayında paylaşdığı " Putin Paşinyanı və digər rəhbərləri nəyə qonaq edib" başlıqlı məqalədə ilk baxışdan gülməli görünən məqamlardan yazıb. Göstərilir ki, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan  Qırğızstan və Ermənistan rəhbərləri paradda iştirak etdikdən sonra Putin onları qeyri-rəsmi nahara dəvət edib. Belorus prezidenti səhhəti ilə əlaqədar paraddan sonra Minskə yola düşüb, digərləri isə ziyafətdə iştirak edib. Putin onları müxtəlif ləziz təamları və şərbətə qonaq edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin paradda iştirak etməməsi isə erməni sayağı şərh edilir. Göstərilir ki, guya, o dəvətli olmayıb.

Halbuki, cənab İlham Əliyevin mayın 9-da 1941- 45-ci illərdəki müharibə iştirakçılarını təbrik etməzdən öncə onlara birdəfəlik müavinət verilməsi ilə bağlı sərəncam imzalayıb. Mayın 9-da Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən açılışlarda olub, təməlqoymalarda, digər taleyüklü tədbirlər həyata keçirib. Bundan əlavə Ulu Öndərimizin 100 illik şanlı yubileyi kimi tarixi olay bütün ölkələrin rəsmiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. RF prezidenti V.Putinin Ulu Öndərimizə verdiyi yüksək dəyər də hamıya məlumdur. Belə olduğu halda ermənilərin aravurma maşınının üyütdüyü yalnız özlərinə yem ola bilir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR