"Lurer.com" İranın İRNA xəbər agentliyinə istinadən yayıb ki, İran və Rusiya özlərinin bank sistemlərini birləşdirmək barədə saziş imzalamağa hazırlaşır. İranın mərkəzi bankının nümayəndəsi Möhsün Kərimi bildirib ki, sonra daha 13 ölkənin maliyyə və bank sistemləri də həmin sazişə qoyulacaq. Onun sözlərinə görə, bu əməliyyat hər iki ölkəyə qarşı tətbiq edilən qadağalardan minimum itki ilə çıxmağa imkan verəcəkdir. Rusiya Federasiyasının mərkəzi bankının nümayəndəsi isə bildirib ki, “bununla da İranda fəaliyyət göstərən digər maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlığımız səmərəli və təhlükəsiz olacaq”.
Xəbərin müəllifi onu da qeyd edir ki, Ermənistan hakimiyyəti Avropadakı həmkarları ilə danışıqlarda razılıq əldə edərsə, Ermənistanın bank sistemi həmin təşkilata qoşula bilər.
Göründüyü kimi, Ermənistan bank idarəçiliyi sahəsində də müstəqil deyil və əsasən bacısı Fransadan dəstək almağa çalışır. Ölkənin maliyyə nazirinin fransız həmkarı ilə sırağagünkü telefon danışığında da məhz həmin məsələyə dəstək xahiş edilib.
Nəsib