Bunu Baku.tv-yə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, bir neçə il ərzində nə qədər bu cür forumlar, tədbirlər keçirilir. Yəni, bu, həm Azərbaycan həqiqətlərinin təbliği baxımından, həm erməni vəhşiliyinin ifşası baxımından, eyni zamanda, bu, qələbəmizin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət və önəm daşıyan bir məsələdir: “Nə qədər dövlət başçısı gəlir, gedir, rəsmi qonaqlar, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri və nümayəndələri və eyni zamanda burda başqa bir önəmli məsələ isə bu gün Azərbaycan qadın hüquqlarının təmin olunmasında, gender bərabərliyinin təmin olunmasında ən mütərəqqi dövlətlərdən biridir. Bizim çox zəngin tariximiz var, təcrübəmiz var. Bu gün Azərbaycan qadını, Azərbaycan kişisi ilə yanaşı, bütün sahələrdə özünün fəaliyyətini tam təmin edir və bu bilavasitə dövlət siyasəti nəticəsində mümkündür”.
Tahirə AĞAMİRZƏ