“Əslində bu mesaj Paşinyanın çox ciddi, cəsarətli təhdidlər altında yumşaq etirazı kimi qiymətləndirilməlidir. Sadəcə bu fikirləri səsləndirə bildi və bundan başqa heç nə edə bilmədi. Əslində edə də bilməzdi. Çünki bütövlükdə Ermənistanın vəziyyəti biz bilirik ki, iqtisadi, siyasi, hamısı Rusiya ilə bağlıdır”. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu “ARB 24”-ə məsələ ilə bağlı açıqlamasında səsləndirib. Millət vəkili daha sonra qeyd edib ki, həm də Paşinyan bir siyasətçi kimi onu da bilir ki, istənilən iqtisadi ittifaqın mütləq siyasi məqsədləri var: “Hər nə qədər bu etiraf olunmasa da, yazılı şəkildə öz əksini tapmasa da, Paşinyanın dediyi kimi Avrasiya İqtisadi İttifaqının postlatlarında bu olmasa da, hər kəs bilir ki, burda bir iqtisadi maraqlar olmasa, iqtisadi mövqelərin yaxınlığı olmasa, şübhəsiz ki, siyasi iradə bunu təmin edəcəkdir və siyasi iradə olmasa bu da olmayacaqdır. Ona görə də hər hansı bir iqtisadi münasibətlərin arxasında mütləq bir siyasi rada durur. Paşinyan bunu bilir. Nədənsə Paşinyanın ağlına gəlmədi ki, orda desin ki, Avropa İttifaqı da əslində iqtisadi bir ittifaqdır və belə olan halda Paşinyan çox haqlı bir sual verə bilərdi ki, necə olur ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhəddinə monitorinq missiyası göndərir. Bu, siyasi qərəz deyilmi? Paşinyan bunu da bilir. Ona görə düşünürəm ki, Paşinyanın fikirləri təzadlı idi. Amma şübhəsiz ki, Paşinyan belə bir siyasətçidir ki, kritik məqamlarda bu dönüşü etməyi bacarır. Onun beş ildir hakimiyyətdə qalmasının da səbəbi budur. Müharibədən bir il sonra 2021-ci ildə seçkiyə gedib seçkini qazanmasının səbəbi də budur. Bu gün Peterburqa aparan səbəblər də o idi. Paşinyan burdan dönməsəydi, heç vaxt dönə bilməyəcəkdi. Çünki onun üçün tərcümeyi-halının siyasi sonu gələ bilərdi. Düşünürəm ki, bütün bunların fonunda və üstəlikdə görüşə girməmişdən öncə Belarus prezidenti Aleksandr Lukaşenko ona çox maraqlı medajlar verdi. Düşünürəm ki, bu bir növ diplomatik sillələr idi Paşinyanın üzünə dəyirdi. Lukaşenkonun “mən əminəm ki, Ermənistan heç yerə getməyəcək. Onlar insanların Əfqanıstanda şassidın yapışaraq necıə yerə yıxıldıqlarını görmədilər? Amerikalıların getdiyi vaxtı xatırlayırsınız? Məhz beləcə Ermənistandan istifadə edib tullantılara atacaqlar. Belə də olacaq, bu, amerikalıların siyasıtidir. Ermənilər isə ağıllı adamlardı, başa düşürlər ki, məhz belə olacaq. Onda onlara kim kömək edəcək?” və yaxud “Fransa öz işi ilə məşğul olsun. Əgər Fransa öz problemlərini həll edə bilmirsə, gəlib Cənubi Qafqazda hansı problemi həll edəcək?”-, çox maraqlı fikir idi. Bu isə o deməkdir ki, əgər Paşinyan bir gün hava limanında qaça-qaça Amerikanın təyyarəsinin təkərindən tutmağa çalışacaqsa, buna heç kim təəccüblənməsin. Bütün bunların fonunda Paşinanın əlində başqa bir qərar qəbul etmək imkanı vardı. Çünki bunaları təmin edəcək güc və mexanizmlər də Rusiyanın əlində var. Ona görə də məntiqli sonluq bundan ibarət olmalıydı. Qaldı ki, yenə iqtisadi müstəviyə çəkməsin. Dediyimiz kimi, yəni heç bir iqtiasdi hadisə siyasi iradə olmadan baş vermir”,- deyə deputat fikrini tamamlayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ