12.03.2025, 15:20
AZ EN
29.12.2024, 09:21 281

Ceyhun Məmmədov: "Vladimir Putin İlham Əliyevdən üzr istədi, Azərbaycan məqsədinə nail oldu"

YAZILAR
  • "Məlum olduğu kimi, Rusiya tərəfi artıq təyyarə qəzasına görə öz səhvini etiraf etdi və bu ölkənin Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq etdi. Qeyd etməliyik ki, bütün bu proses və nəticə bizim Prezidentin qətiyyətli prinsipiallığı nəticəsində baş verdi".

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, ilk gündən Prezident İlham Əliyev bu məsələyə çox operativ reaksiya verdi, Rusiyaya səfərindən geri döndü, müşavirə keçirərək komissiya yaratdı və bütün zəruri addımları atdı:

"Bu məsələdə Azərbaycan Prezidentin rəhbərliyi ilə böyük qətiyyət və prinsipiallıq nümayiş etdirdi. Yəni Azərbaycan sona kimi öz mövqeyini qəti şəkildə ortaya qoydu və Rusiya tərəfi də anladı ki, Azərbaycandan üzr istəməkdən başqa yol yoxdur. Çünki bu, sadə bir məsələ deyildi və bütün dünyada çox geniş bir formada müzakirə olunurdu. Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu və öz məqsədinə nail oldu. Yəni Azərbaycanın istəyi də bundan ibarət idi ki, Rusiya tərəfi bu faciənin baş verməsinə görə təəssüflənsin və üzrxahlıq etsin. Artıq Azərbaycan məqsədinə nail oldu və bu, Prezidentin rəhbərliyi altında Azərbaycanın uğuru kimi qiymətləndirməlidir", - deyə deputat fikrini yekunlaşdırıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər