Bu ilki Yeni illərini də yasla qarşılayan və elə indi də genetik yasla yaşayan hayların həm Qarabağdakı, həm də Qərbi Azərbaycandakı toplumlarının yanvarın 5 - də yayılmış xəbərləri də onların son nəfərədək məhv olmaq arzusunda olduqlarını göstərir. "Lurer.com" un bu günkü paylaşımlarında siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan adlı bir erməninin fikirləri də deyilənləri tam təsdiqləyir. O, yazır ki, indiki şəraitdə ən yaxşı variant "xüsusi hərbi əməliyyat keçirib 2020-ci ilin 27 sentyabrına qədərki torpaqları geri qaytarmaq hesab olunur". Gülüş doğuran həm də odur ki, Armen "bu əməliyyat üçün artıq güc var" dedikdən sonra sayiqladığını sanki başa düşür və əlavə edir ki, " dünya siyasi qərarlarla bizi dəstəkləsə, Azərbaycana qarşı hərbi yolla təsirlər göstərsə" qələbə təmin olunar və dünya erməniləri rahat nəfəs alar,əks təqdirdə son nəfərədək silahlı olmağa məhkumuq. Kimdə nə görürsə qamarlamağa çalışan hayların bu tarixçisinin əsl tarixdən xəbərsizliyi azmış kimi o "xüsusi hərbi əməliyyat" terminini işlətməklə rusların dinc Ukraynaya işğalçılıq hücumu ilə terrorçu erməni toplumu eyniləşdirməyə cəhd edir ki, bu da onun nəinki elmi,həm də adi insanlıq meyarlarina görə cılızlığını üzə çıxarır.
İranın 14-cü əsr düşüncəsinə malik rəsmilərinin Azərbaycana ünvanlanmış fikirlərindən ruhlanan digər haylar kimi Armen də belə bir fikir irəli sürür ki, haylar gözləməməlidir ki, Tehranla Bakının münasibətləri istiləşsin, "xüsusi hərbi əməliyyatı tezləşdirmək lazımdır".
Onun bu fikirləri iranşünas Vartan Voskanyan tərəfindən də təkrarlanır,amma başqa üsulda.İranı hayların ən sadiq dostu,hətta inanclarınln oxşar olduğunu bildirən bu yarı farsbaş, yarı erməni də öz yeni il sonrası sərsəmləmələrində müharibənin qaçılmaz olduğunu bildirməklə, görünür, İranın İrəvandakı səfirliyində işləyən farsların vəsaiti ilə yenidən Tehrana səfər etmək, qayıtdıqdan sonra isə oteldə fars qadınların ermənilərlə siğə olunması barədə yeni müsahibələr verib mətbuatın daim diqqətində qalmaq istəyir. Əlbəttə, bu onun və fars dostlarının iki bacı arasında olan münasibətdir və heç kəs onlara irad tuta bilməz. Amma inkarolunmayandır ki, haylar bizim xüsusi hərbi əməliyyatdan sonra, doğrudan da, dövlətsiz xalqlardan biri olacaqlar.
Nəsib Qaramanlı