22.11.2024, 08:32
AZ EN
23.01.2023, 16:50 229

Erməni nazir yenə də sərsəmləyir

YAZILAR
  • Ermənistan mətbuatının yanvarın 23-də günortadan sonra yaydıqları xəbər sırasında xarici işlər naziri Ararat Mirzoyanın Belçikaya iki günlük rəsmi səfər etməsi və Brüsseldə Avropa Şurasının xarici məsələlər komitəsinin sədri Deyvid Mkalisterlə görüşü manşetə çıxarılıb. Xəbər verilir ki, görüşdə AŞ ilə Ermənistanın əməkdaşlıq durumu və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Erməni nazir adəti üzrə Azərbaycan Respublikasının ünvanına əsassız ittihamlar irəli sürüb və bildirib ki, guya Azərbaycan 120 min hayın yaşadığı Qarabağda humanitar böhran yaradıb və onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Erməni nazir komitə sədrinə xahiş edib ki, Azərbaycana qarşı təzyiqlər göstərilməsi üçün bütün lazımi vasitələrin işə salınması üçün səylərini əsirgəməsin.

Milli mentalitetə uyğun olaraq həqiqəti deyil, uydurmaları əsas mövzuya döndərən A.Mirzoyan daha iki gün orada qalacaq və təbii ki, yenə də göz yaşları axıdacaq.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR