24.04.2026, 11:05
AZ EN
24.04.2026, 07:24 27

Keçmiş məcburi köçkün: "Uzun illər davam edən yurd həsrətimiz sona çatdı"

XƏBƏRLƏR
  • Bu gün bizim üçün həm sevincli, həm də qürurverici günlərdən biridir. Doğma yurdum olan Ağdam şəhərinə geri dönürəm. Hamımız bu günün gələcəyinə inanırdıq və onu səbirsizliklə gözləyirdik. Bizə bu şərəfli anları yaşadan Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, igid qazilərimizə isə səbir və şəfa arzulayıram.

Bu fikirləri aprelin 24-də Bakıdan Ağdam şəhərinə yola salınan keçmiş məcburi köçkün Zəminə Kazımova deyib.

Keçmiş günlərini xatırlayan həmsöhbətim bildirib ki, 30 il əvvəl doğma Ağdam şəhərindən erməni silahlı qüvvələri tərəfindən zorla çıxarılıb. “Şükürlər olsun ki, ədalət bərpa olundu, haqq öz yerini tapdı. Uzun illər davam edən yurd həsrətimiz sona çatdı. Bu acı hadisələri gənc yaşlarımda yaşamışam. Həmin vaxt valideynlərimlə birlikdə Bakıya köçdük. İndi isə artıq öz ailəmlə birlikdə doğma ocağımıza qayıdıram. Sevincimizin həddi-hüdudu yoxdur”, – deyə Z.Kazımova vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər