24.04.2026, 11:54
AZ EN
24.04.2026, 09:43 23

Paşinyan: "Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur"

XƏBƏRLƏR
  • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur, yerlərdə məskunlaşma səviyyəsi aşağı olaraq qalır.

Bunu ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.

"Biz ərazisi 29 743 kvadrat kilometr olan dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarışına son qoymalıyıq. Bu ərazi inkişaf və rifah üçün kiçik deyil. Bu gün onlarla yaşayış məntəqəmiz boşdur, ümumilikdə dövlətimizdə məskunlaşma səviyyəsi aşağıdır", - o deyib.

Onun sözlərinə görə, bunun səbəbi sülhün olmaması və vətənin, milli kimliyin və təhlükəsizliyin məhz dövlətlə və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə bağlı olduğunun kifayət qədər dərk edilməməsi olub.

Baş nazir vurğulayıb ki, ölkə rəhbərliyi "Həqiqi Ermənistan" ideologiyasına əsaslanaraq fəaliyyət göstərir, bu ideologiyaya görə, sülh və təhlükəsizlik ilk növbədə, qonşularla ərazi bütövlüyünün, suverenliyin, sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyin tanınması əsasında qurulmuş münasibətlərlə təmin edilir.

Paşinyan həmçinin bəyan edib ki, "itirilmiş vətənin qaytarılması, tarixi sərhədlərin və ədalətin bərpası"nın tərəfdarı olan qüvvələr Ermənistanı təhlükəli yola aparır və bunun son nəticəsi dövlətçiliyin itirilməsi ola bilər.

"Biz nəhayət bu tələdən çıxdıq və Ermənistanı yenidən bu istiqamətə yönəltmək cəhdləri dövlətimizi və xalqımızı edam kürsüsünə dəvət etməkdir", - o vurğulayıb. (Report)

Oxşar xəbərlər