24.04.2026, 11:04
AZ EN
24.04.2026, 08:00 12

Ağdam sakini: "Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir"

XƏBƏRLƏR
  • Doğma yurduma yenidən qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir. Gənc yaşlarımda bu torpaqlardan ayrılmağa məcbur qaldım. Həmin dövrdə ağır və çətin günlər yaşadım. Şükürlər olsun ki, artıq o sınaqlı mərhələ arxada qalıb.

Bu fikirləri doğma yurduna qayıdan keçmiş məcburi köçkün Şamil Hüseynov səsləndirib.

O qeyd edib ki, ailəsi ilə birlikdə doğma el-obasına qayıdır.

Keçmiş köçkün Ağdam şəhəri ilə bağlı xatirələrinin daim yaddaşında yaşadığını, doğma el-obasını yenidən görmək üçün uzun müddət həsrət çəkdiyini vurğulayıb.

“Bizə bu sevinci yaşadan Prezidentə dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə şəfa arzulayıram”, – deyə H.Şamil bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər