08.06.2025, 20:50
AZ EN
26.04.2024, 13:54 330

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

XƏBƏRLƏR
  • Eramızdan əvvəl V əsrdən başlayaraq bizim eranın XVII əsrinə qədər, yəni 2500 il Qərbi Azərbaycan torpaqlarında erməni izi yox idi.

Bunu aprelin 26-da Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, bugünkü Ermənistanda Axuryan çayının adı türkcə “Arpa-çay” deməkdir və yunan müəllifi Ksenofon (eramızdan əvvəl V-IV əsrlər) bu çayın adını Arpa-su şəklində verib. Naxçıvanda da Arpaçay var.

“O zaman qədim Azərbaycan torpaqlarında Arpa-su adlı çay axırdı. Bu halda hansı erməni izlərindən danışmaq olar? Həmin çayın adını Ermənistan 1950-ci illərdə dəyişib Axuryan edib”. (AZƏRTAC)

Oxşar xəbərlər