18.06.2025, 16:04
AZ EN
25.12.2023, 07:10 369

Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb”

XƏBƏRLƏR
  • “Bu xoş günləri bizə yaşadan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyib, valideynlərinə təşəkkür edirəm”.

Bu fikirləri Bakıdan Laçının Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Alıyev Barış deyib.

Doğma evindən didərgin düşəndə 4 yaşı olan Barış deyib: “Bu günə min dəfə şükürlər olsun. Neçə vaxt idi ki, Laçına, Zabux kəndinə qayıdacağımız günü gözləyirdik. Artıq həsrət başa çatıb”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülür. (Report)

Oxşar xəbərlər