İştirakçılar əvvəlcə Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət ediblər.
Daha sonra Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qonaq olan düşərgə iştirakçıları üçün liseyin şagirdləri tərəfindən Türk dünyasının tarixinə dair ədəbi-bədii kompozisiya təqdim edilib. Ankara Təhsil müdiri Yaşar Koçakın da iştirak etdiyi bu tədbir düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Şəhid övladları həmçinin Anıtkabiri və Mexanika-Kimya İnstitutunun Sənaye və Texnologiya Muzeyini ziyarət ediblər.
Martın 27-dək davam edəcək bu düşərgə ərzində iştirakçılar Türk Aerokosmik Sənayesi (“TUSAŞ”) və “ASELSAN” şirkəti kampuslarını ziyarət edərək aerokosmik mühəndislik və peyk texnologiyaları barədə nəzəri və praktiki biliklər əldə edəcəklər. (AZƏRTAC)