Məhiş Əhmədov 28 noyabr 1945-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1951–1961-ci illərdə orta təhsil alıb, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Xalq təsərrüfatının planlaşdırılması ixtisasına daxil olub və 1969-cu ildə həmin ixtisas üzrə ali təhsilini başa vurub.
Elmi fəaliyyətinə davam edən M.Əhmədov 1974-cü ildə “Elmi-texniki tərəqqi və ictimai istehsalın material tutumu” mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra o, 2005-ci ildə “Qloballaşma şəraitində milli iqtisadiyyatın formalaşmasının problemləri” mövzusunda doktorluq işi müdafiə edərək, iqtisad elmləri doktoru adına layiq görülüb.
Professor Məhiş Əhmədovun çoxillik fəaliyyəti, geniş elmi irsi və yetirdiyi mütəxəssislər onun Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrin bariz nümunəsidir. Onun yubileyinin qeyd olunması da bu böyük xidmətlərə verilən dəyərin ifadəsidir.
Tahirə AĞAMİRZƏ