Kitabda əsasən türkçülüyün və türk tarixinin aparıcı hadisələri, türk düşüncəsinin müxtəlif mərhələləri araşdırılır, türkoloji problemlərə toxunulur. Türkçülük, turançılıq məfkurəsinin abidə şəxsiyyətləri barədə portret yazılar təqdim edilir.
Kitabda eləcə də, modernizmin türk ədəbiyyatında qoyuluşu və təzahür şəkilləri çağdaş dünya humanitar fikri kontekstində təhlil olunur. “Ulusu sevmək fənni”ndə eyni zamanda, müəllifin İkinci Qarabağ savaşı günlərində qələmə aldığı yazılar, çağdaş Azərbaycan ədəbiyyatının və elmi fikrinin, incəsənətinin görkəmli nümayəndələri barədə son illərdə yazdığı esselərin bir qismi yer alıb.
Hazırladı: Mina RƏŞİD