15.03.2025, 00:25
AZ EN
26.10.2023, 10:59 336

Elxan Şahinoğlu: “Fransanın Qərbi Zəngəzurda konsulluğuna müraciət edəcək nə qədər vətəndaşı var...”

XƏBƏRLƏR
  • Nə yaxşı ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq öz tarixi torpaqlarını işğaldan azad etdi. 30 il ərzində Azərbaycanın haqlı tələblərinə biganəlik göstərən, ağızlarına su alıb dayanan bir sıra xarici dövlətlər, nəhayət, dilə gəldi. Amma yenə də düşmən mövqeyindən çıxış edərək...

Azərbaycan Ordusunun 44 gündəcə düşmən üzərində qələbə çalması, düşmənin 30 il ərzində qurduğu bütün istehkamları darmadağın etməsi bəzi xarici dövlətlərin  ürəyincə olmadı, əksinə ürəklərində boğduqları kinlərinə üzə çıxardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda təmir-bərpa və yuruculuq işlərinə başlanıldı. Ölkə Prezidentinin sərəncamı əsasında hazırlanmış Böyük Qayıdış Proqramı ardıcılıqla həyata keçirilir. İnsanlarımız yenidən doğma torpaqlarına qayıdım və həyatlarını orda davam etdirirlər. İşğalçı Ermənistan tərəfindən yerlə yeksan edilən bölgələrimiz günü-gündən abadlaşır, daha da gözələşir. Bunun ardınca Azərbaycanın Qalib Ordusu bir sıra uğurlu əməliyyatlar keçirərək ərazilərimizin digər hissələrini də düşmən əsarətindən xilas etdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatından sonra isə əgər belə demək mümkünsə, düşmənlərimizin sayı artmağa başladı. Bəzi xarici dövlətlər Azərbaycana qarşı hücum taktikasına keçdilər. Azərbaycanın haqq-ədalət uğrunda apardığı savaşda qalibiyyətini həzm edə bilməyən bu dövlətlər bu dəfə də Ermənistana havadarlıqlarını başqa bir formada həyata keçirməyə çalışırlar. Əslində bu, dövlətlər  o dövlətlərdir ki, tarixi keçmişimizdə həm Qərbi Zərgəzurdan, həm Şərqi Zəngəzurdan, həm də Qarabağdan Türklərin - azərbaycanlıların öz tarixi torpaqlarından zorla çıxarılmasında birbaşa iştirakı və himayədarlığı olmuşdur. Həmin dövlətlər bu gün də eyni çirkin siyasəti davam etdirirlər. 30 il ərzində Azərbaycanın HAQQ səsini duymayan, faciələrinə göz yuman bu dövlətlər Zəngəzurda konsulluq açmaq həvəsinə düşüblər. Görünən odur ki, zaman dəyişsə də, əsirlər keçsə də belə işğalçılıq siyasəti iliklərinə qədər işləyən dövlətlərin nümayəndələrinin Türkə olan kini, məkri əsla və əsla dəyişməyib...

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu  məsələyə açıqlamasında aydınlıq gətirib.

Politoloq qeyd edib ki, İranın ardınca, Rusiya və Fransa Qərbi Zəngəzurda konsulluq açmağa hazırlaşırlar: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, digər ölkələr də Zəngəzurda diplomatik nümayəndəliklər açmaq istəyirlər. Yəqin bu dövlətlərdən biri də Kanada olacaq. Bu ölkənin İrəvanda səfirliyi elə bu gün açıldı. Bu dövlətlər İrəvanın ağlaşmalarına və Qərb mediasında “Azərbaycan Qərbi Zəngəzuru ələ keçirəcək” səpgili yazılara o qədər inanıblar ki, konsulluq vasitəsilə buna mane olacaqları qənaətindədirlər. Zəngəzur dəhlizinə marağımız azalıb, Ermənistan ərazisinə də müdaxilə etmək planımız yoxdur, bu ölkələr konsulluq xidmətləri açmaqla boşuna pul xərcləyəcəklər, illər keçdikdən sonra da bağlamaq məcburiyyətində qalacaqlar. Çünki konsulluq xidmətlərinin məqsədi həmin ərazilərdə vətəndaşlarına xidmət etməkdir, Fransanın Qərbi Zəngəzurda konsulluğuna müraciət edəcək nə qədər vətəndaşı var?”, deyə politoloq vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR