23.11.2024, 00:55
AZ EN
18.05.2023, 07:00 482

Horadizdə torpaqların minalarla çirklənməsi və bunun məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına təsiri müzakirə olunacaq

XƏBƏRLƏR
  • “Minaların Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi mayın 19-da Horadiz şəhərindəki “EVİM” otelində “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində “Minalarla çirklənmə və bunun Azərbaycanlı məcburi köçkünlərin öz doğma şəhər və kəndlərinə qayıtmasına təsiri” mövzusunda görüş keçirəcək.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, tədbirin məqsədi İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra keçmiş məcburi köçkünlərin öz şəhər və kəndlərinə qayıtması prosesinə mina və partlamamış hərbi sursatların mövcudluğunun necə təsir etdiyini qiymətləndirməkdir.

Tədbirdə məcburi köçkünlərin geri qaytarılması və onların rifahı ilə bağlı prosesdə iştirak edən rəsmi qurumların - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, ANAMA, Ombudsman Aparatının, beynəlxalq təşkilatların nümayəndələrinin, habelə birbaşa təsirə məruz qalan icmaların üzvlərinin və mina qurbanlarının təqdimatları dinləniləcək.

Dialoq-görüşdə verilən məlumatlardan “Minaların Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən, eyni mövzuda, hazırlanacaq hesabatda istifadə olunacaq.

Bu tədbir LINKS Europe fondu ilə birlikdə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilir. (AZƏRTAC)

Oxşar xəbərlər