Tədbir haqqında məlumat verən “Xocalı” idman klubunun prezidenti Ehram Məcidov yarışda respublika və Avropa çempionlarının iştirak etdiyini deyib. İdmançıların gələcəyinə böyük ümid bəslədiyini qeyd edən klub prezidenti yarışın “Xocalıya ədalət!” kampaniyasının bir hissəsinə çevrilərək Azərbaycanın haqq səsini dünyaya çatdırmağa kömək olacağını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq miqyasda apardığı uğurlu siyasətə idmançılar olaraq dəstək verməyin önəmini vurğulayıb.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd boks idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkarlanması, onların yarış təcrübələrinin artırılmasından ibarətdir. (AZƏRTAC)