Nümayəndə heyəti Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının qalıqlarına və Şəhidlər xiyabanına baxış keçiriblər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahına gələn qonaqlara Ağdam şəhərinin inkişaf planı, burada həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verilib. (AZƏRTAC)