Səyyar qəbulda YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polkovnik Haxverdi Əkbərov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.
İcra başçısı görüşdə sakinlərə ilk öncə Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin, onları narahat edən məsələləri icra başçısının nəzərinə çatdırıblar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-nin səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.
Mina RƏŞİD