22.11.2024, 04:48
AZ EN
20.12.2022, 13:19 331

Ruben nə edecəyini bilmir

YAZILAR
  • Erməni mətbuatı Moskvanın Qarabağın ermənilər yaşayan hissəsinə siyasi desant atdığı və terrorçu qurumda vəzifə verdiyi Ruben Vardanyanın iç üzünü göstərən yeni faktlar aşkarlayıb. Youtub kanalında Sveta Balabekyan adlı qadın vaxtilə Rubenlə bir yerdə işlədiyini deyərək bildirib ki, o üzdə özünü ermənisevər göstərir, həqiqətdə isə bütün ömrünü yalnız ruslara yarınmaqla sərvət toplamağa həsr edib.

"Arsax" üçün toplanan pulları isə ünvanına tam çatdırmayıb, həmişə özünə "təşkilatçılıq payı" götürüb.

Bununla bağlı yazılan şərhlərdə də maraqlı fikirlər var. Lyuda adlı qadın da vaxtilə Rubenin rəhbərlik etdiyi qurumda işlədiyini və onun xəsis olmaqla yanaşı, həm də böhtançı olduğunu açıqlayaraq rusca yazır: "O, işçinin zəhmət haqqını müxtəlif bəhanələrlə kəsir, dillənənə isə deyirdi ki, narazısansa gedib bomjluq edə bilərsən....biz nə edəydik? məcbur olub susurduq".

Rubenin dələduzluğu dekabrın 20-də səhər saat 10-da yayılmış videoçarxda da açıq-aşkar görünür. Səsindən ya yuxulu, ya da içkili olduğu təəssüratı yaradan Ruben bir gün öncə rus erməniməramlılarının və QXK - nin müşayiəti ilə Xankəndinə gətirilən humanitar yardımın təşkilini öz adına çıxır, əhali ilə görüşündə ünvanına söylənilən tənqidlərin səbəbkarlarının guya öz şəxsi marağı olan ermənilərin olduğunu aydınlaşdırdığını bildirir, "birlik, yenilməz iradə, sonacan mübarizə nəticəsində uğur qazanaqlarını"  vurğulayır. Erməni ədəbi dilinin, necə deyərlər, anasını ağladan Rubenin öz çıxışında tez-tez  işlətdiyi rus sözlərini də düzgün tələffüz ede bilməməsi deməyə real əsas yaradır ki, onun ləhcəsi də əməli kimi kələkötür və anlaşılmazdır. Amma həmin videoçarxdan gəlinən real qənaət belədir ki, saqqızı palçığa düşən Rubeni ermənilər özləri iti qovan kimi qovacaqlar.

NƏSİB

Oxşar xəbərlər

SON XƏBƏRLƏR