22.11.2024, 04:43
AZ EN
02.12.2022, 14:17 413

Paşinyana pul lazımdır

YAZILAR

«Hraparak» qəzetinin müxbiri Lusine Şahverdiyan 2 dekabrda dərc olunmuş «Paşinyana pul lazımdır» başlıqlı məqaləsində yazır ki, bu günlərdə Ermənistanda olan Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri, Aİ-nin səfiri Andrea Viktorin bəyan edib ki, Ermənistanda gender bərabərliyi pozulur, təkcə qadınlar deyil, həm də kişilər fiziki zorakılığa məruz qalır. Hakimiyyət isə lazımi tədbirlər görmür. Ermənistanı İstanbul Konvensiyasının tələblərinə əməl etməyə çağıran Aİ səfiri onu da əlavə edib ki, bu ölkədə gender zorakılığına qarşı yalnız ayrı-ayrı qeyri-hökumət təşkilatlarının fəalları mübarizə aparırlar və onlar daim təqib olunurlar. Səfir sözügedən ölkədəki ictimai-siyasi durumu mənfi dəyərləndirməklə məsləhət görür ki, gender bərabərliyinin təmin olunması üçün kilsələr, QHT-lər, hətta biznes mərkəzləri də fəal iş aparmalıdırlar. Noyabrın 25-də İrəvanda «Gender zorakılığına qarşı fəallıq» adlı tədbir keçirilərkən İrəvan şəhər merinin müavini, Paşinyanın partiyasının fəallarından olan Tiqran Avinyanın çıxışını şərh edən səfir diqqətə çatdırıb ki, hakimiyyət ondan «super rəhbər» düzəltmək istəyir. Bu isə İrəvan şəhər rəhbərliyində müəyyən narazılıqlar yaratmaqdadır. Dekabrın 1-də Tiqran Avinyan yeni ildə və Avroviziya»da şəhərdəki bütün işıqlandırma sisteminin birləşəcəyini bildirib. Jurnalist yazır ki, Avropa İttifaqı həm bu işlər, həm də gender bərabərliyi üçün müəyyən məbləğdə vəsait ayırmağı qərara alıb. Paşinyan isə həmin məbləğin Tiqran Avinyanın yaxın adamının rəhbərlik etdiyi qeyri-hökumət təşkilatına transfer olunmasını istəyir. Məqalənin sonunda L.Şahverdiyan belə yazır: «Xüsusilə indi xarici borcların çoxalıb, pensiya və maaşları vermək üçün Paşinyana pul lazımdır. O, hətta düşmən hesab etdiyi ölkə də pul təklif etsə, heç vaxt imtina edən deyil».

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR