08.09.2024, 09:01
AZ EN
27.02.2023, 15:13 285

Müharibə iştirakçıları küçəyə atılıblar

YAZILAR
  • Erməni xəbər saytlarında göstərirlər ki, vaxtilə müdafiə nazirliyinə məxsus olan binada qanuni məskunlaşmış sakinlər dövlət əmlak komitəsinin qarşısındakı etiraz aksiyalarını davam etdirirlər.

Xatırladılır ki, müdafiə nazirliyinə məxsus bina dövlət əmlak komitəsinin balansına keçdikdən sonra orada yaşayan sakinlərə binanı boşaltmaq barədə dəfələrlə xəbərdarlıq edilib, amma onlar həmin binada qanuni məskunlaşdıqlarını bildirərək etiraz aksiyalarına başlayıblar. Polis işə müdaxilə edib və onların bir neçəsi müvəqqəti saxlanılıb. Gecəni sözügedən binanın həyətində gah açıq havada, gah da orada quraşdırılmış çadırlarda keçirən sakinlər məsələ ilə əlaqədar yüksək çinli hökumət nümayəndələrinə dəfələrlə müraciət etmələrinə baxmayaraq hüquqlarının bərpa olunmadığını bildiriblər.

"Hakimiyyəti tutanadək hamısı şirin vədlərlə deyirdilər ki, biz də sizlərdən biriyik. Amma elə ki, stula oturdular xalqı da, hər şeyi də unudurlar. Xalq isə heç nə olur", - deyə müxbirə açıqlama verən aksiya iştirakçısı özünün 1-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, indi isə hüququnun pozulmasına dözə bilmədiyinə görə hətta intihar etməyi düşündüyünü vurğulayıb.

"Döyüşən oğulları müharibə vaxtı əllərinin üstündə tuturlar, elə ki, müharibə qurtarır, bizi faktiki heç nə yerinə qoymurlar... 90-cı illərdən başlamış indiyədək müharibələrdə iştirak etmişik. İnana bilmirəm ki, hökumət rəhbəri bizim problemdən xəbərsizdir", - deyə başqa sakin sonra əlavə edib ki, Paşinyan bu qərardan xəbərsiz olmaya bilməz. Xəbəri var, yoxsa heç kəs özbaşına qərar qəbul edib bizi küçəyə atmazdı.

Müxbir Karen Martirosyan yazır ki, müharibə iştirakçıları növbəti aksiyanı hökumət binasının önündə keçirməyi qərara alıblar.

Nəsib Qaramanlı

Oxşar xəbərlər