22.11.2024, 02:01
AZ EN
21.09.2023, 16:39 341

Elxan Şahinoğlu: "Ordumuzun ildırımsürətli əməliyyatı kimi diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır"

YAZILAR
  • "Erməni radikallar və onlara dəstək verən xarici mərkəzlər Yevlaxda razılaşmanın əldə edilməsini və onun yerinə yetirilməsini əngəllməyə çalışacaqlar. Qarabağda atəş səslərinin hələ də eşidilməsi və Rusiya hərbi kontingentinə açılan atəş də buna xidmət edir". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlamasında ifadə edib.

Politoloqun sözlərinə görə, onların məqsədləri vaxt qazanmaqdır ki, bu müddətdə Azərbaycana beynəlxalq təzyiq artsın, BMT və digər strukturlar Azərbaycana qarşı müzakirələrə başlasınlar. Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla, onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarını pozacaq: "Xarici mərkəzlər dedikdə yalnız Qərbdəki dariələri nəzərdə tutmuram, işin içində Rusiyadakı şovinist mərkəzlər də var, hansılar ki, uzun onilliklər separatizm vasitəsilə ərazi bütövlüyünün bərpası məsələsində müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana təzyiq ediblər, mane olublar. Bu baxımdan tələsməliyik, separatçılara “bunu sonrakı mərhələdə müzakirə edərik” kimi şanslar verməməliyik, ordumuzun ildırımsürətli əməliyyatı kimi diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır", - deyə E.Şahinoğlu bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR