“Məlum məsələdir ki, Paşinyan dəfələrlə təkrarlayıb ki, Qarabağ Azərbaycan ərazisidir. O, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyir. Eyni zamanda daxili auditoriyanı sakitləşdirmək üçün, yəni Qarabağ qartından bunlar daim istifadə eləyib. Kilsədən istifadə edib, qondarma “soyqırımı məsələsi”ndən istifadə edib, bu gün də edirlər. Çünki diaspora təşkilatları var, digərləri var. Ümumiyyətlə, əgər Qarabağ məsələsindən istifadə etməsə, hamı odan üz döndərər. Əsas məsələ, hətta Paşinyanın devrilməsinə gətirib çıxara bilər. Ona görə də o həmişə ikibaşlı çıxışlar edir”. Bunu Milli Məclisin deputatı Arzu Nağıyev AzTV-yə açıqlamasında bildirib.
Paşinyan riyakarlıqda sələflərindən heç də geridə qalmadığını hər addımda nümayiş etdirir. Gündə bir fikrə düşən və başqaları tərəfindən idarə edilən baş nazirin dünən dedikləri bugünkü sözlərini təkzib edir. Paşinyanın qeyri-ciddi və təhlükəli siyasəti faktiki olaraq vəziyyətin daha da gərginləşməsinə səbəb olur.
Millət vəkili Elşad Mirbəşiroğlu isə fikrini belə izah edib: “Paşinyan həm Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir, digər tərəfdən də Azərbaycan ərazisindəki separatçıların xüsusi statusunun olmayacağı sülhdən danışmağın mənasız olduğunu qeyd edir. Təbii ki, bütün bunlar aydın göstərir ki, Paşinyan elə kənardan aldığı təlimatlar əsasında sanki bu münaqişə hələ də davam edir təəssüratının qalmasında və eyni zamanda gərginlik nöqtələrinin yaranmasında da maraqlıdır”.
Paşinyan hakmiyyətdə qalmaq üçün daxili auditoriyanı da ələ almağa çalışır. Elə buna görədir ki, o hər müşavirəsində sərsəm fikirlər səsləndirir, özünün də baş açmadığı vəziyyətdən çıxmağa cəh edir. Lakin nə qədər ki, dünən dediklərini bu gün təkzib edib erməni millətinin ona qarşı hücumunun qarşısını almağa çalışsa da, artıq yolun sonun görünməkdədir.
Hazırladı: Tahirə AĞAMİRZƏ