22.11.2024, 05:17
AZ EN
06.09.2024, 16:19 250

Zəngəzur dəhlizi iştirakçı tərəflərin tranzit və logistika potensialını artıracaq

YAZILAR
  • Zəngəzur dəhlizinin açılması bütün dünya üçün böyük əhəmiyyət daşıyan bir iqtisadi layihə olacaq. Onun fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına gətirib çıxaracaq. Bu dəhliz vasitəsilə uzaq Çindən daşınan yüklər Azərbaycandan keçməklə, Avropaya qədər uzanacaq. Bununla da ölkəmiz mühüm tranzit imkanları əldə edəcək.

Bunu siyasi şərhçi Sahil Kərimli deyib.

Zəngəzur dəhlizinin region iqtisadiyyatının inkişafı üçün böyük imkan yaradacağını qeyd edən S.Kərimli bildirib ki, bu layihə dəhlizdən istifadə edən bütün tərəflərin tranzit və logistika potensialını artıracaq. Bu potensialın reallaşması regionda yeni nəqliyyat marşrutlarının yaradılmasına və əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxaracaq.

“Azərbaycanın müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi hazırda Ermənistan tərəfindən ləngidilir. Təbii ki, layihənin ləngidilməsində maraqlı olan tərəflər var və həmin qüvvələr prosesə mane olurlar. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması üçün bütün mümkün imkanlardan istifadə ediləcək”, - deyə siyasi şərhçi qeyd edib.

Vurğulayıb ki, dünyada nəhəng iqtisadi güclərdən biri olan Çin üçün də Zəngəzur dəhlizi böyük əhəmiyyət daşıyır. Çünki Çin məhsullarının Zəngəzur dəhlizi vasitəsilə dünyanın bir sıra ölkələrinə göndərilməsi bu ölkə üçün vacib amillərdən birdir. Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən əsas ölkələrdən biri də təbii ki, Azərbaycandır. Azərbaycan Prezidenti İlham Əliyev və Çin lideri Si Çinpin Davos İqtisadi Forumu çərçivəsində və ondan sonra ikitərəfli təmaslarda, görüşlərdə bunu xüsusi vurğulayıblar. Ölkəmiz tərəfdən “Bir kəmər, bir yol” layihəsinə töhfələr verilib.

Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyətini qeyd edən Sahil Kərimli deyib: “Zəngəzur dəhlizi Çin və Avropa ölkələri üçün xüsusi maraq kəsb edir. Yaxın bir zamanda reallaşdırılacaq Zəngəzur dəhlizi layihəsində əsas açar Azərbaycandır. Bu layihənin işə düşməsi iştirakçı tərəflərin tranzit və logistika imkanlarının artması deməkdir”. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR