20.04.2025, 10:01
AZ EN
07.10.2022, 14:30 425

Erməni ombudsman xalqı müharibəyə səsləyir

YAZILAR
  • “Lurer.com” və “Hraparak”ın oktyabrın 7-də saat 12-də yaydığı xəbərdə bildirilir ki, Ermənistan respublikasının ombudsmanı Karine Qriqoryan bu gün keçirdiyi brifinqdə Azərbaycanın ünvanına növbəti böhtanlarını yeni çalarlarla zənginləşdirib. Bu yaxınlarda Ermənistana qaytarılmış 17 erməni əsirin 16-sı ilə söhbətlər etdiyini və həmin şəxslərin guya Azərbaycanda təzyiqlərə, işgəncələrə məruz qaldığını isə xüsusi intoyasiya ilə bildirib.

Azərbaycan-Ermənistan münasibətlərinin indiki mərhələsində də müharibə ritorikasından əl çəkməyən barışmaz müxalifət kimi bu qadın da öz xalqını sülh əvəzinə müharibəyə səsləyir. O, sözügedən brifinqdə belə deyib: “Hesab etmirəm ki, müharibə haqqında danışanda sülh üçün cəhdlər göstərmək istəmədiyimizi demək istəyirik. Belə deyil, biz tərəddüt keçirməkdənsə vəziyyəti dəyərləndirib silahlanmalı və hücum etməliyik. Bu ən sərfəli fikirdir”.

O daha sonra bildirib ki, sərhədyanı kəndlərin sakinləri qorxu içərisində yaşayırlar. Onların rahat və təhlükəsiz yaşaması üçün göstərdiyimiz cəhdlərin nəticəsiz qalması bizi hər an düşündürməli və möhkəm sülhə nail olmaq üçün düşməndən qat-qat güclü olmalıyıq. Danışıqlar masasında Ermənistanı qane etməyən məsələlərin  olmasındansa, müharibənin daha sərfəli variant olduğunu bir neçə dəfə  təkrarlayan bu insan haqlarının müvəkkili daşıdığı vəzifənin ona  yaraşmadığını özü açıq-aşkar göstərir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər