Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.
Onun sözlərinə görə, Şuşa tarixi baxımdan məhəllə sistemi üzrə təşkil olunub: “Burada 17 məhəllə mövcud idi. Hər məhəllənin öz məscidi və meydanı var idi”.
İcraçı direktor azad olunduqdan sonra Şuşadakı skanlama və tədqiqat işləri barədə də danışıb:
“Buraya həm yerli, həm də beynəlxalq mütəxəssislər cəlb olunub. Mütəxəssislər hər ay əraziyə səfər edir və bərpa işləri ilə bağlı rəy bildirirlər”. (Report)