Bu xəbəri A.Bezoyan adlı politoloq "Hraparak"ın müxbirinin sualını cavablandırarkən bildirib.
O, deyib ki, 2019-cu ildən bəri Nikolun Annasının bütün geyimlərini tikən, onu bəzəyən Aram Nikolyan 44 günlük müharibədə qaçıb gizləndikdən sonra noyabrın ortalarında üzə çıxıb, mağazasına gələndə fərari kimi tutub zirzəmidə sorğu-sual ediblər.
Aradan 2 saat keçməmiş kimsə həmin idarəyə gəlib və rəislə söhbət etdikdən sonra onu sərbəst buraxıblar. Məlum olub ki, rəisin söhbət etdiyi adamı Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan göndəribmiş.
Politoloq onu da deyib ki, "Azərbaycan bayrağının yandırılmasını emosioal davranış təzahürü hesab edirəm deyənlər də" olayın öncədən planlaşdırıldığını, nədənsə, dilə gətirmək istəmirlər.
O, sonra əlavə edib ki, sözügedən beynəlxalq yarışın təntənəli açılış mərasimində ön sıralarda qaydaya görə rəsmi şəxslər, onların ailə üzvləri, xaricdən gəlmiş rəhbər işçilər əyləşir."Stilistin ön sırada olmasına kim icazə verib? Təhlükəsizlik xidməti hara baxırmış", - deyə o bu məsələnin də açıqlanmasını istədiyini vurğulayaraq sözünü belə tamamlayıb: O ki, belə cəsur idi niyə müharibəyə gedib özünü təstiq etmirdi. Belələri xalqa yalnız utanc gətirir.
Nəsib