Bunu Ermənistan baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı Tavuşdan olan vətəndaşın sualına cavabında deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: “Anklavların danışıqlar masasında olub-olmaması ilə bağlı sual var”.
Bununla belə N.Paşinyan qeyd edib ki, Azərbaycan ərazisində də Ermənistanın anklavı var və bu məsələlər qarşılıqlı həll edilməlidir. Onun sözlərinə görə, gələcəkdə bu anklavlara gediş-gəlişin necə olacağını da düşünmək lazımdır. (Report)