20.09.2024, 00:19
AZ EN
02.09.2024, 14:26 219

Keşiş baş naziri duelə çağırıb

XƏBƏRLƏR
  • Bu günkü xəbərlərinin əksəriyyətini "2 sentyabr arsax günü" adlandırılan növbəti erməni vayına həsr edən "Hraparak" Keşiş Bağratın "Yerablur" qəbiristanlığındakı psixi xəstələrə xas çıxışını da bir neçə xəbərlə paylaşıb.

Keşiş deyib ki, baş nazir Nikol Paşinyan Xankəndidə Qarabağın Ermənistanın bir hissəsi olduğunu deyəndə çox sevinib və bu sözlərə görə ona dua edib. Amma indi Qarabağdan gələnlər barədə eşitmək belə istəmir. Ona görədə indi hər səhər baş nazirə lənət edir və onunla duelə çıxıb fiziki məhvinə nail olmaq istəyir.

O, sonda əlavə edib ki, hamı "Yerablur"a gəlib ölənlərə ehtiram göstərdiyi halda Nikol Paşinyan hələ də gəlməyib, yeni dərs ilinin başlanması ilə bağlı məktəblərə baş çəkməyi buraya gəlməkdən daha üstün hesab edir. “Nikol Paşinyan keşişin duel təklifinə, əlbəttə, özünəxas gülüşlə cavab verəcək”, - deyən müxbir sonda xatırladıb ki, baş nazir Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə bəyan edib və keşişin nə vaxtsa həbs ediləcəyi də şübhə doğurmur.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR