Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə yanğının söndürülməsi üçün bu gün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə göndərilib.
Azərbaycan yanğınsöndürənləri yanğının qarşısının alınması üçün lazımı tədbirlər görüb.
Görülən tədbirlər nəticəsində yanğın artıq söndürülüb. (APA)