"Vətən səsi" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bəyanatda İordaniyanın bu hücumları qətiyyətlə rədd etdiyi və pislədiyi vurğulanıb. Qeyd olunub ki, sözügedən hərəkətlər hər iki dövlətin suverenliyinin kobud şəkildə pozulmasıdır: "Bu hücumlar regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiyadır".
Nazirlik İordaniyanın qardaş Azərbaycan və Türkiyə ilə tam həmrəy olduğunu bəyan edib. Qeyd edilib ki, Krallıq hər iki ölkənin öz suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının salamatlığını qorumaq üçün atdığı bütün addımları dəstəkləyir.