05.03.2026, 20:37
AZ EN
05.03.2026, 17:42 10

SEPAH-dan etiraf: "Naxçıvanı biz vurmuşuq”

XƏBƏRLƏR
  • İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanın Naxçıvan bölgəsinə PUA hücumu ilə bağlı açıqlama verib.

"Vətən səsi" xəbər verir ki, bu barədə “SEPAH-Pasdaran” Teleqram kanalında bildirilib. Korpus hərbi təxribatın onlar tərəfindən törədildiyini etiraf edib. Hücumun “Araş-2” tipli pilotsuz uçan aparatla həyata keçirildiyi qeyd olunub: "Düşmən bunu görür və bilməlidir ki, İran heç bir tərəflə nə zarafat edir, nə də güzəştə gedir".

SEPAH əlavə edib ki, bu, Bakıya ünvanlanmış xəbərdarlıq atəşidir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi İrandan edilən hücumla bağlı sərt bəyanatlar verib. Vurğulanıb ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür və və bu hücum aktları cavabsız qalmayacaq.

Oxşar xəbərlər