19.10.2024, 19:29
AZ EN
28.02.2024, 16:53 265

Fransalı politoloq: Azərbaycan və Ermənistan XİN başçılarının Berlin görüşünün doğuracağı nəticələrə nikbin baxa bilərik

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşündən çıxacaq nəticələrə ehtiyatlı nikbinliklə baxa bilərik.

Bunu ADA Universitetinin müəllimi, fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) bildirib.

Ekspert nikbinliyinin səbəbi kimi Ermənistanın baş naziri Nikol Paşinyanın Qranada bəyannaməsini imzalamasını göstərib.

“Nikol Paşinyan ilk dəfə yazılı formada həm Qarabağı, həm də səkkiz kəndi Azərbaycan ərazisi kimi tanıdığını təsdiqləyən Qranada bəyannaməsini imzaladı. Bununla yanaşı, COP29-un təşkili ilə bağlı Ermənistan və Azərbaycanın diplomatik sahədə ilk qarşılıqlı dəstəyi müşahidə olundu. Həmçinin Nikol Paşinyan Azərbaycan hökumətinin tələbi olan Konstitusiya islahatını elan etdi”, - deyə M.Quen əlavə edib.

Berlin görüşününü Vaşinqton formatını sıradan çıxarıb-çıxarmamasına gəldikdə isə politoloq vurğulayıb ki, ABŞ-nin regiondakı nüfuzu düşüb:

“ABŞ Senatının 907-ci maddənin (Azərbaycana hər hansı yardımın qadağan edilməsi) aktivləşdirilməsinə dair səsverməsi və heç bir senatorun bu aktivləşdirmənin əleyhinə səs verməməsi Vaşinqtonun nüfuzunu aşağı salıb”.

Tarixçi Vaşinqtonun əvəzolunmazlığına inanmadığını vurğulayıb:

“Digər amil isə 2024-cü ilin ABŞ-də seçki ili olması və bunun məsuliyyətsiz bəyanatların verilməsi riskini artırmasıdır. Xatırlayarsınız ki, Donald Trampın dövlət katibi Mayk Pompeo 2020-ci il müharibəsi zamanı bəyan etmişdi: “Biz ümid edirik ki, ermənilər azərbaycanlılara qarşı müdafiə oluna biləcəklər”. Bu şəraitdə mən Vaşinqtonun əvəzolunmaz olduğuna inanmıram”. (Report)

Oxşar xəbərlər