Gecədə Gənclər və İdman Nazirliyinin rəsmiləri, media nümayəndələri, Azərbaycanın müxtəlif regionlarından olan gənclər iştirak edib.
Gecə musiqiçilərin Azərbaycan mahnılarını səsləndirməsi ilə davam edib.
Xatırladaq ki, Azərbaycan gənclərinin ilk forumu 1996-cı il 2 fevral tarixində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Bu tarix sonradan Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. (Report)