Səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşmasının önəmindən, Kayseridə “Şuşa” Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, şəhərlər arasındakı əlaqələrin perspektivləri müzakirə olunub, həmçinin tarixi Şuşa şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri haqqında məlumat verilib.
Görüşdən sonra qonaqlar qədim Şuşa şəhərindəki dini, tarixi-memarlıq və mədəniyyət abidələrini ziyarət ediblər. (AZƏRTAC)