Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.
Tədbirdə ilk öncə Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu ordu quruculuğu siyasətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Böyük Zəfərdən bəhs etdi. Ülkər Bayramlı qəhrəman şəhidlərimizin və qazilərimizin döyüş yollarının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ən tutarlı mənbə olduğunu diqqətə çatdırdı, Allahdan şəhidlərinmizə rəhmət, qazilərimizə sağlamlıq dilədi.
Daha sonra Vətən Müharibəsi qəhrəmanı şəhid Fəqan Zalovun atası Amil Zalov, şəhid anası Göyçək Nəsirova, Vətən müharibəsi iştirakçısı, qazi Məhərrəm Məhərrəmov, Vətən müharibəsi və Antiterror əməliyyatlarının iştirakçısı Fərid Aslanov gənclərə keçdikləri döyüş yollarından və Azərbaycan ordusunun xalqımızı Zəfərə qovuşduran yenilməz hərbi potensialından və ordudakı ruh yüksəkliyindən danışdılar.
Sonda Vətən müharibəsi qaziləri Fərid Aslanova həsr olunmuş, Bakı Gənclər Klubu İB tərəfindən çəkilmiş “Qələbəni yaşadan qəhrəmanlar” və Məhərrəm Məhərrəmova həsr olunmuş filmlər nümayiş olundu.
Mina RƏŞİD